Rusiya ordusu üçün dövlət sifarişi uğurla həyata keçirilir

2018/04/1345345_1524223232.jpg
Oxunub: 2890     19:21     20 Aprel 2018    
2018-ci ilin ilk rübündə dövlət sifarişinin həyata keçirilməsində nəzərdə tutulan plan qabaqlanır.

Ordu.az “Novosti Rossii” nəşrinə əsasən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin İnformasiya və Mətbuatla Əlaqələr Şöbəsi məlumat yayıb.

“Müdafiə sənayesi müəssisələri orduya 23 ədəd BMP-3 maşını, “Elbrus” təchizat gəmisi, 23040 layihəsinin qəza-xilasetmə təminatı təyinatlı 2 reyd kateri, müxtəlif sinif və təyinatlı 10 təyyarə və 7 helikopter təhvil verilib”, - deyə məlumatda bildirilir.

Həmçinin 8 ədəd Su-34 təyyarəsi və 25 helikopterin planı qabaqlayaraq orduya təhvil verildiyi qeyd olunur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-ordusu   S-34  


Bizi "telegram"da izləyin