Ordu.az UNN nəşrinə istinadən xəbər verir ki, bu barədə ATƏT sədrinin katibi Aleksandr Xuq bəyan edib.
“Mülki əhali arasında itkilərin sayı 51 nəfər təşkil edir. Bu göstərici yalnız 2018-ci ilə aiddir”, - deyə Xuq bildirib.
O qeyd edib ki, 2017-ci ildə Donbasda mülki əhali arasında 519 nəfər həlak olub.
Daha öncə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov müharibənin başladığı andan Donbasda 10 min ukraynalının öldüyünü açıqlayıb.
Ağalar Qəribov
Ordu.az