Suriyada 11 sentyabr hadisələrində əli olan şəxs yaxalanıb

2018/04/54645645_1524211686.jpg
Oxunub: 2269     16:07     20 Aprel 2018    
2001-ci ili sentyabrın 11-də Birləşmiş Ştatlarda baş verən terror hadisəsi ilə əlaqəsi olan bir nəfər Suriyada ABŞ-ın dəstəklədiyi qüvvələr tərəfindən ələ keçirilib.

Ordu.az “New York Post”a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Erik Pahon bildirib.

O qeyd edib ki, Suriya doğumlu Almaniya vətəndaşı Məhəmməd Heydər Zəmmar təxminən bir ay öncə İŞİD-ə qarşı əməliyyat zamanı ələ keçirilib.

9/11 Komissiyasının məlumatına görə, Zəmar 11 sentyabr hadisələrində təyyarələri oğurlayanlara pulun ötürülməsini təşkil etməli olan Rəmzi Binalşibhin üçün kredit götürüb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya-böhranı   ABŞ   11-sentyabr  


Bizi "telegram"da izləyin