“NATO Baltikdə hərbi mövcudluğunu gücləndirməyi planlaşdırmır” – Stoltenberq

2018/04/56756756_1524211568.jpg
Oxunub: 3180     16:04     20 Aprel 2018    
“NATO Rusiyadan qorunmaq üçün əlavə dəstək istəyən Baltik dövlətlərində hərbi mövcudluğunu artırmağı düşünmür”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri NATO-nun Baş katibi Yens Stoltenberq səsləndirib.

“Hazırda regiondakı hərbi varlığımızı artırmağı düşünmürük, lakin ehtiyac olduğu təqdirdə dəstəyin göstərilməsi imkanlarımızı gücləndirmək üzrə işlər aparlır”, - deyə o bildirib.

Xatırladaq ki, yarım əsr Sovet tərkibində olmuş Baltik dövlətləri Estoniya, latviya və Litva Rusiyanın potensial təhdidinə qarşı ABŞ-dan əlavə yardım istəyib.

Ötən il NATO Polşa və Baltik dövlətlərinə 4 əlavə batalyon yerləşdirib. Həmçinin təlim məqsədilə ABŞ Litvaya “Patriot” batareyaları göndərib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Rusiya   Patriot   Stoltenberq  


Bizi "telegram"da izləyin