Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri NATO-nun Baş katibi Yens Stoltenberq səsləndirib.
“Hazırda regiondakı hərbi varlığımızı artırmağı düşünmürük, lakin ehtiyac olduğu təqdirdə dəstəyin göstərilməsi imkanlarımızı gücləndirmək üzrə işlər aparlır”, - deyə o bildirib.
Xatırladaq ki, yarım əsr Sovet tərkibində olmuş Baltik dövlətləri Estoniya, latviya və Litva Rusiyanın potensial təhdidinə qarşı ABŞ-dan əlavə yardım istəyib.
Ötən il NATO Polşa və Baltik dövlətlərinə 4 əlavə batalyon yerləşdirib. Həmçinin təlim məqsədilə ABŞ Litvaya “Patriot” batareyaları göndərib.
Ağalar Ağalarlı
Ordu.az