Rusiya SOD Yapon dənizində ikitərəfli təlimlərə başlayıb

2018/04/456456_1524207043.jpg
Oxunub: 3111     14:48     20 Aprel 2018    
“Yapon dənizində keçirilən ikitərəfli taktiki təlimlərdə Sakit Okean Donanmasının 30 döyüş gəmisi və köməkçi qayığı iştirak edir”.

Ordu.az “Voyenno-promışlennıy kuryer” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Sakit Okean Donanmasının rəsmi nümayəndəsi, ikinci dərəcəli kapitan Nikolay Voskresenski bəyan edib.

“Yapon dənizində başlayan ikitərəfli təlimlər qış tədris müddəti çərçivəsində əldə olunan biliklərin təcrübi şəkildə həyata keçirilməsi məqsədi daşıyır”, - deyə Voskresenski bildirib.

O qeyd edib ki, təlimlərdə Sakit Okean Donanması dəniz aviasiyasının 20 təyyarə və helikopterindən də istifadə olunub. Təlimlər çərçivəsində hava hücumundanm müdafiə və dəniz döyüşü üzrə tapşırıqlar icra olunacağı vurğulanıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-Yaponiya   SOD  


Bizi "telegram"da izləyin