Bolton və Antonov Rusiya-ABŞ münasibətlərini müzakirə ediblər

2018/04/4685684345_1524206296.jpg
Oxunub: 3730     14:43     20 Aprel 2018    
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovla iki ölkə arasındakı münasibətləri müzakirə edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ prezidentinin rezidensiyasında baş tutan bu görüş barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Onların bu ilk görüşündə ABŞ və Rusiya arasında mövcud olan münasibətlər müzakirə edilib”, - deyə məlumatda bildirilir.

Məlumata görə, Bolton görüşdə həm ABŞ, həm də Rusiya üçün münasibətləri yaxşılaşdırmağın daha münasib olduğunu vurğulayıb.

Həmçinin ABŞ prezidentinin köməkçisinin Rusiya səfiri ilə Suriya və Ukraynada mövcud olan hərbi-siyasi vəziyyəti müzakirə etdiyi də qeyd olunur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-ABŞ   Təhlükəsizlik-münasibətləri  


Bizi "telegram"da izləyin