ABŞ Meksikaya döyüş helikopteri və raketlər satmaq niyyətindədir

2018/04/543534_1524205505.jpg
Oxunub: 1714     14:20     20 Aprel 2018    
Pentaqon Konqresi Meksikaya ümumi qiyməti 1,2 milyard dollar təşkil edən göyərtə helikopterləri, aviasiya raketləri və torpedalarla təchiz etmək niyyətində olması barədə məlumatlandırıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Məlumata görə, Dövlət Departamenti Meksikanın bu növ silahlarla təchiz olunmasına etiraz etmir.

Meksika hökuməti Pentaqona ümumilikdə 8 ədəd MH-60R helikopteri, onlar üçün 4 ədəd əlavə mühərrik, 19 ədəd “hava-yer” tipli AGM-114 raketi, 38 ədəd lazer tuşlamalı APKWS II raketləri, 30 ədəd kiçik ölçülü qayıq əleyhinə MK-54 torpedası, həmçinin radarlar, rabitə və tuşlama-naviqasiya sistemləri, o cümlədən ehtiyat hissə, avadanlıq və logistik dəstək barədə sorğu göndərib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-Meksika   Helikopter   Raket  


Bizi "telegram"da izləyin