Ordu.az IRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib.
O, bu barədə BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka gələrkən bildirib.
“Əgər belə bir qərar qəbul edilərsə, İranın atacağı addımlar və beynəlxalq ictimaiyyətin reaksiyası təbii olaraq amerikalılar üçün xoşagəlməz olmayacaq”, - deyə Cavad Zərif açıqlayıb.
Nazir həmçinin müqavilənin şərtlərinin dəyişdirilməsi və müzakirəsinin yolverilməz olduğunu vurğulayıb.
Ağalar Qəribov
Ordu.az