“Lockheed” GPSIII yarışında yeganə oyunçudur?

2018/04/7687687687867_1524147407.jpg
Oxunub: 2044     22:15     19 Aprel 2018    
“Lockheed Martin”, “Northrop Grumman” və “Boeing” 2016-cı ildə yeni nəsil GPS III peyklərinin izlənməsinə dair layihənin birinci mərhələ isə bağlı müqaviləyə imza atan şirkətlərdir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Boeing” mətbuat katibi bu müqavilənin sonrakı mərhələsində şirkətin iştirak etməyəcəyini bildirib.

“Northrop Grumman” proqramda iştirakının davam edib-etməyəcəyi ilə bağlı açıqlama verməkdən hələlik imtina edir. Lakin bəzi mənbələr onun layihədən çəkiləcəyini bildirir.

Belə olan halda “Lockheed” 22 yeni peykin alınmasının planlaşdırıldığı ikinci mərhələ üçün elan ediləcək tenderin yeganə iştirakçısı kimi qala bilər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lockheed   GPSIII  


Bizi "telegram"da izləyin