Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu səbəblərə Suriya, İraq və Əfqanıstanda terrorizmə qarşı mübarizə, İraqda kimyəvi silahlardan istifadəni dayandırmaq və s. daxildir.
2001-ci ilin oktyabrında ABŞ prezidenti Corc Buş 11 sentyabr hadisəsindən bir ay keçməmiş Əfqanıstanda hərbi əməliyyat başladıb.
ABŞ sadəcə Əfqanıstana qarşı aviazərbələr kampaniyası başlatmaqla qalmadı, həm də bu ölkəyə həmin ilin noyabrında 1000 nəfərlik kontingent yerləşdirdi. Bu rəqəm daha sonra 10 minə qalxdı. Vaşinqton işğalın “Taliban”ı məğlub etməyə istiqamətləndiyini bildirsə də, qrup hələ də Əfqanıstanda bəzi uğurlar əldə etməyə özündə güc tapır.
ABŞ tarixinin ən uzun müharibəsi olan Əfqanıstan müharibəsində mülki itkilərdən savayı xeyli sayda ABŞ əsgəri də həyatını itirib. Milyonlarla insan öz yuvasından didərgin düşüb. Pentaqonun hesablamalarına görə, bu müharibənin bədəli ABŞ vergi ödəyiciləri üçün hər il 45 milyard dollara yaxındır.
İraqın işğalı
Corc Buş rəhbərliyindəki ABŞ hökuməti tarixdəki ən dağıdıcı əməliyyatlardan birini də 2003-cü ildə İraqda başlatdı. Bu dəfə, ABŞ-ın başçılıq etdiyi alyans İraqa hücum etdivə İraqın Kütləvi Qırğın Silahlarını (KQS) məhv edəcəyini bidlirdi. Həmin alyansın tərkibində olan Birləşmiş Krallıq sonralar İraq müharibəsinin haqlı olmadığını etiraf edib və ABŞ onu Səddam Hüseynin silahları ilə bağlı yanlış yönləndirdiyini bildirib.
Müharibə nəticəsində 2003-cü ildən etibarən yüz minlərlə insan həlak olub və milyonlarla insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.
Suriya münaqişəsi
Suriyada 2001-ci ilin martında vətəndaş müharibəsi başlayandan etibarən ABŞ burada birbaşa rol oynayıb.
ABŞ, Britaniya və Fransanın birlikdə həyata keçirdiyi ötən həftəki aviazərbələr Vaşinqtonun Suriya münaqişəsinə ən sonuncu hərbi müdaxiləsidir. Bu hücumlar Şərqi Qutada mübahisəli kimyəvi silah istifadəsi bəhanəsilə həyata keçirildi.
Qərb dövlətləri regional müttəfiqləri ilə birlikdə Suriya hökumətini qaz hücumunda ittiham etdilər. İraq və Əfqanıstan kimi, Suriyadakı müharibə də yüzminlərlə can alıb və milyonlarla insanın öz torpaqlarından məcburi köç etməsinə səbəb olub.
Ağalar Ağalarlı
Ordu.az