Pentaqon süni zəka mərkəzi formalaşdırır

2018/04/456456_1524146686.jpg
Oxunub: 3187     01:32     20 Aprel 2018    
Pentaqon çoxsaylı süni zəka proqramlarının yerinə yetirilməsini sistemləşdirmək üçün nazirlik nəzdində süni zəka mərkəzi açmağı planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqonun Tədqiqat və Mühəndislik üzrə vitse-prezidenti Maykl Qriffin bildirib.

Onun sözlərinə görə, hal-hazırda ona kimin rəhbərlik edəcəyi, harda yerləşəcəyi, hansı layihələri həyata keçirəcəyi və s. kimi məsələlər müzakirə mərhələsindədir.

Qriffin bildirib ki, hazırda Pentaqonun süni zəka ilə bağlı 592 layihəsi var. Lakin bunların heç də hamısı yeni açılacaq mərkəzə tapşırılmayacaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin