“Hanwha” “Dəniz Qalxanı”nı nümayiş etdirib

2018/04/534534345345_1524144432.jpg
Oxunub: 4284     21:25     19 Aprel 2018    
“Hanwha Systems” Malayziyanın paytaxtı Kuala Lumpurda baş tutan müdafiə sərgisində özünün “Dəniz Qalxanı “döyüş idarəetmə sistemini nümayiş etdirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu system Cənubi Koreya donanmasının sifarişi ilə hazırlanıb.

Məlumata görə, Cənubi Koreya donanması bu sistemləri özünün “FFX Batch III” freqatlarında istifadə edəcək. Hər freqatda on belə sistemin quraşdırılması planlaşdırılıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hanwha   Dəniz-Qalxanı  


Bizi "telegram"da izləyin