“Lockheed Martin” ABŞ-a əlavə raketlərlə dəstək verməyə hazırdır

2018/04/456456_1524143849.jpg
Oxunub: 3280     21:16     19 Aprel 2018    
“Lockheed Martin” Suriya üzərinə edilən hücumdan sonra Pentaqona gələcəkdə də ehtiyacı olacaq raketlərin təminatına hazır olduğunu bildirib.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə “Lockheed Martin”in vitse-prezidenti Alan Cekson danışıb.

Qeyd edək ki, ötən həftə ABŞ, Britaniya və Fransanın Suriyaya qarşı yeritdiyi birgə aviahücum zamanı ABŞ donanmasının ən yeni hava-yer “standoff” raketləri ilk dəfə istifadə edilib.

Kompaniyanın məlumatına görə, bu raketlərin vuruş mənzili təkmilləşdirmə işlərindən sonra 2 dəfə artırılaraq 600 milə çatdırılıb. Onun hər birinin dəyəri 1,4 milyon dollardır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lockheed-Martin   ABŞ  


Bizi "telegram"da izləyin