Qətər “Körfəz Qalxanı”nda iştirak edib

2018/04/20171130_Qatar-UK-military-training-4345345_1524138548.jpg
Oxunub: 2242     19:50     19 Aprel 2018    
Qətər silahlı qüvvələri Səudiyyə Ərəbistanında baş tutan “Körfəz Qalxanı” hərbi təlimlərinin yekun mərhələsində iştirak edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Qətər Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, eyni zamanda ordunun Baş Qərargah rəisi general-leytenant Qanem əl-Qanim də Səudiyyə Ərəbistanı Baş Qərargah rəisinin dəvəti ilə təlimlərin bağlanış mərasimində iştirak edib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanın şərq sahillərində həyata keçirilən “Körfəz Qalxanı” hərbi təlimlərində 24 ölkənin silahlı qüvvələri iştirak edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qətər   Körfəz-Qalxanı  


Bizi "telegram"da izləyin