Yaponiya Kuril adalarındakı təlimlərə etiraz edir

2018/04/kurily546456_1524138339.jpg
Oxunub: 3949     19:43     19 Aprel 2018    
“Rusiyanın Kuril adalarında hərbi təlimlər keçirməsinə etiraz edirik”.

Ordu.az xarici KİV-lərə istiandən xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yosihide Suqa bəyan edib.

“Diplomatik kanallar vasitəsilə etirazımızı Rusiya tərəfinə bildirdik. Belə ki, 4 şimal adasında hərbi qüvvələrin yerləşdirilməsi bizim ölkənin mövqelərinə cavab verir”, - deyə Suqa bildirib.

Qeyd edək ki, Kuril adalarında keçirilən təlimlərdə 2500-dən çox hərbi qulluqçu və 80-ə yaxın hərbi texnika iştirak edir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Kuril-adaları  


Bizi "telegram"da izləyin