Ordu.az xəbər verir ki, bu barədə NBC nəşri məlumat yayıb.
Məlumata görə, hələlik hər iki ölkənin səlahiyyətli nümayəndələri görüşün tam şəkildə harada keçiriləcəyi barədə razılığa gəlməyiblər.
Görüşün keçirilməsi üçün nəzərdə tutulan şəhərlər arasında Pekin, Pxenyan və Ulan-Batorun da olduğu bildirilir.
Qeyd edək ki, görüşdə Koreya yarımadasının nüvəsizləşdirilməsi və KXDR-in nüvə və raket proqramından imtinasına dair məsələlərin müzakirə ediləcəyi gözlənilir.
Ağalar Qəribov
Ordu.az