“Firebird”in Ermənistandakı süni zəka məlumat mərkəzinin fəaliyyəti və planları müzakirə olunub

2026/06/1781887217.jpg
Oxunub: 200     20:32     19 İyun 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyanın sədrliyi ilə keçirilən müşavirədə “Firebird” şirkəti tərəfindən Ermənistanda inşa edilən süni zəka məlumat mərkəzinin fəaliyyəti və gələcək planları müzakirə olunub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, müşavirə zamanı mərkəzin tikintisi, texnoloji avadanlıqların quraşdırılması və layihənin fəaliyyəti üçün zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barədə məlumat təqdim edilib.

“Tədbirdə layihənin həyata keçirilməsi qrafiki, dövlət və özəl sektor arasında əməkdaşlıq çərçivəsində görülən işlər, həmçinin süni zəka mərkəzinin tam fəaliyyətə başlaması üçün lazım olan şərtlərin təmin olunması məsələləri nəzərdən keçirilib.

Nikol Paşinyan “Firebird”in süni zəka məlumat mərkəzinin fəaliyyətinin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu layihə Ermənistanın texnoloji inkişafı baxımından strateji əhəmiyyət daşıyan təşəbbüsdür.

Baş nazir qeyd edib ki, proqramın həyata keçirilməsi süni zəka və yüksək texnologiyalar sahələrinin inkişafına təkan verəcək, elmi-tədqiqat və təhsil mühitləri üçün yeni imkanlar yaradacaq, eyni zamanda Ermənistanın texnologiya sahəsində beynəlxalq rəqabət qabiliyyətinin artmasına kömək edəcək”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Firebird   Ermənistan  


Bizi "telegram"da izləyin