Ordu.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai açıqlama verib.
O, Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə obyektlərində yeni yoxlamalar aparmaq üçün dəvət edildiyi barədə yayılan məlumatları təkzib edib.
Bəqainin sözlərinə görə, ABŞ ilə imzalanmış memorandum çərçivəsində İran danışıqlar prosesi başa çatana qədər nüvə sahəsində mövcud vəziyyəti qoruyub saxlayacaq.
O qeyd edib ki, hazırda yoxlamaların aparıldığı obyektlərdə, o cümlədən Buşehrdə monitorinq fəaliyyətləri davam etdiriləcək. Bununla yanaşı, bəzi digər nüvə obyektlərinə çıxış imkanları danışıqların gedişatından və yekun nəticələrindən asılı olacaq.
İran rəsmisi vurğulayıb ki, nüvə proqramı ilə bağlı gələcək addımlar əldə olunacaq yekun razılaşmanın şərtlərinə uyğun müəyyən ediləcək.
Sevinc Əliyeva
Ordu.az