Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp tərəfindən imzalanmış büdcə layihəsi geridə qoyduğumuz fevral ayında Konqresin təsdiqinə verilib.
Büdcə layihəsində Suriyada İŞİD-ə qarşı mübarizədə ABŞ-la müttəfiqlik edən qüvvələrin təchizatı üçün 300 milyon dollar tələb edilir. Bunun 250 milyonu sərhəd təhlükəsizlik ordusunun formalaşdırılması üçündür.
Təchiz olunacaq qüvvələr arasında YPG də var. Yuxarıda göstərilmiş məbləğin 162,6 milyon dolları silah-sursat və maşınlar, 8 milyon dolları zəruri həyat sığortası, humanitar ehtiyaclar, 28 milyon dolları nəqliyyat, 101,5 milyon dolları isə əməliyyat davamlılığı üçün nəzərdə tutulub.
Bununla bağlı həmin qüvvələrə 25 min ədəd AK-47 avtomat tüfəngi, 1500 yüngül pulemyot, 500 ağır pulemyot, 400 RPQ-7 qumbaraatan, 95 snayper tüfəngi, 20 60 mm-lik və 60 120 mm-lik minaatanların alınması planlaşdırılır.
Ağalar Ağalarlı
Ordu.az