Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Fransa Hərbi Hava Qüvvələri qərargahının rəisi Andre Lanata bəyan edib.
O qeyd edib ki, Suriyada hədəflərə zərbələrin endirilməsinin koordinasiyası Fransa Baş Qərargahı tərəfindən həyata keçirilib, Baş Qərargah rəhbəri Fransua Lekonter isə şəxsən fəaliyyətin planlaşdırılmasında iştirak edib.
“Fransa Hərbi Hava Qüvvələrinin təyyarələrindən başqa ABŞ Hərbi Hava Qüvvələrinin 19 ədəd AGM-158 JASSM-ER qanadlı reaketini göyərtəsində daşıyan B-1 “Lancer” bombardmançısı, RQ-4 “Global Hawk” PUA-sı, F-15 və F-16 qırıcıları, Böyük Britaniya Hərbi Hava Qüvvələrinin 4 ədəd “Tornado” GR4s qırıcısı, iki ədəd E-3F AWACS təyyarəsi və 6 ədəd yanacaqdolduran təyyarə Fransa Baş Qərargahının ümumi komandanlığına tabe olub”, - deyə Lanata bildirib.
Ağalar Qəribov
Ordu.az