Lavrov: “Dəməşqə S-300-lərin təchizatını istisna etmirik”

2018/04/c-300345_1523963997.jpg
Oxunub: 1788     19:21     17 Aprel 2018    
“Moskva Dəməşqin S-300 zenit raket kompleksləri ilə təchizatı məsələsini nəzərdən keçirir”.

Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov BBC telekanalına müsahibəsində bəyan edib.

“Artıq prezident Vladimir Putin bu suala cavab verib. Qərb koalisiyasının aqressiyasını önləmək üçün Suriya ordusunun təhlükəsizliyinin təmini imkanlarını nəzərdən keçirəcək”, - deyə Lavrov bildirib.

O qeyd edib ki, Suriya ordusunun hava hücumlarından müdafiəsini yüksəltmək üçün onların S-300-lərlə təminatı hazırda üzərində düşünülən məsələlərdəndir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   S-400  


Bizi "telegram"da izləyin