Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, PUA-lar haqqında erməni mühəndis Armen Mikayelyan məlumat verib.
Məlumata görə, kamikadze PUA-lardan birinin döyüş başlıq hissəsində sovet istehsalı RPQ mərmisi olduğu bildirilir. PUA havada 3 saat qala bilər. Onu komanda məntəqəsindən 40 km dərinlikdə idarə etmək mümkündür.
PUA-nın uçuş sınaq mərhələsində olduğu qeyd edilib. Hələlik hədəf üzərində sınaqdan keçirilməyib. PUA bir uçuş uçun nəzərdə tutulub. Daxil edilən koordinat üzrə tapşırığı ləğv etmək və PUA-nı geri qaytarmaq mümkün deyil.
Sərgidə başqa bir pilotsuz uçuş aparatı da təqdim edilib. Layihənin hazırlanma mərhələsini keçdiyini, növbəti ay uçuş sınaqlarının keçirilməsinin mümkün ola biləcəyini qeyd edilib. Həmçinin bu pilotsuz uçuş aparatı da bir dəfə uçuş üçün nəzərdə tutulub. Bunun da tapşırığının ləğv edilməsi, uçuşdan geri qaytarılması mümkün deyil.
PUA-nı təqdim edən erməni mühəndis, bunun erməni qoşunlarında tətbiq edilib-edilmədiyini demək istəməyib və onun ancaq sınaqlarının keçirildiyini bildirib.
Alpər Mövludoğlu
Ordu.az