"Biz Azərbaycanı strateji tərəfdaş olaraq qiymətləndiririk" - Levan İzoriya

2018/03/4662625_1522517485.jpg
Oxunub: 2058     00:44     01 Aprel 2018    
"Biz Türkiyə və Azərbaycanı strateji tərəfdaş olaraq qiymətləndiririk".

Ordu.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə naziri Levan İzoriya Azərbaycanın Müdafiə naziri Zakir Həsənov və Türkiyənin Milli müdafiə naziri Nurəddin Canikli ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Gürcü nazir qeyd edib ki, Tiflis bundan sonra da regional əməkdaşlığı davam etdirməyə hazırdır.

"Biz Türkiyə və Azərbaycanı strateji tərəfdaş olaraq qiymətləndiririk. Qarşıya qoyulan hədəflərə nail olmaq üçün silahlı qüvvələrin yüksək hazırlığı zəruridir", - deyə İzoriya vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Azərbaycan   Levan-İzoriya  


Bizi "telegram"da izləyin