Ordu.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Müdafiə naziri Zakir Həsənov Türkiyənin Milli müdafiə naziri Nurəddin Canikli və Gürcüstanın Müdafiə naziri Levan İzoriya ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Zakir Həsənov, çıxışında Türkiyədə terrorçulara qarşı keçirilən əməliyyatlar zamanı şəhid olanlara Allahdan rəhmət diləyib və razılaşmanın birgə əməkdaşlığı daha yüksək səviyyəyə çatdıracağını qeyd edib.
“Terrorçulara qarşı keçirilən əməliyyatlar zamanı şəhid olanlara Allahdan rəhmət, ailələrinə səbr, yaralılara şəfa diləyirəm. İnanıram ki, yeni razılaşma əməkdaşlığımızı daha yüksək səviyyəyə çatdıracaq. Türkiyə bizim üçün çox əhəmiyyətli ölkədir. NATO-nun ən güclü ordularından olan Türkiyə Silahlı Qüvvələrinin təcrübəsi bizim üçün çox əhəmiyyətlidir. Eyni zamanda dilimiz, dinimiz, mədəniyyətimiz bir olan Türkiyənin hərbi biliklərindən istifadə edəcəyik”, - deyə nazir vurğulayıb.
Ağalar Qəribov
Ordu.az