Rus hərbi polisinin hərbi qulluqçuları Gümrü küçələrində

2018/03/134492543_1522495930.jpg
Oxunub: 3511     21:29     31 Mart 2018    
Ermənistanda Rusiya hərbi polisinin bölmələrinin yerləşməsinin hüquqi əsasları sahəsində qeyri-müəyyənlik getdikcə dərinləşir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, artıq rus hərbi polisinin hərbi qulluqçuları Gümrü küçələrində xidməti vəzifə borclarını yerinə yetirir.

Bü gün artıq hərbi polisin küçələrdə gəzməsi müxtəlif erməni mətbuatı orqanları tərəfindən qeydə alınıb.

Gün ərzində erməni mətbuatının nümayəndələri cavabdeh orqanlardan rus hərbi polis bölmələrinin küçələrdə artıq xidmətə başladığından məlumatlı olub-olmadıqlarını və hərbi polis bölmələrinin Ermənistanda yerləşdirilməsinə dair Rusiya tərəfi ilə hər hansı sənəd imzalanması barədə məlumatı dəqiqləşdirməyə çalışıblar.

Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovhanisyanın iddiasına görə, rus hərbi polis bölmələrinin Ermənistanda yerləşdirilməsi ikitərəfli müqavilə əsasında tənzimlənməlidir. Ancaq Ermənistan hökümətində isə əmindirlər ki, belə bir razılaşmaya ehtiyac yoxdur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hərbi-polis   Ermənistan   102-baza  


Bizi "telegram"da izləyin