"Son dövrlərdə Gümrüdə yerləşən 102-ci rus hərbi bazasında baş verən bir sıra hadisələr hərbi bazanın rəhbərliyini, bazadan hərbi qulluqçularının silahla fərariliyi, özünə qəsd halları, cinayət və digər gözlənilməz ssenarilərin qarşısının alınması üçün qanun-qaydanın, nizam-intizamın möhkəmləndirilməsi üzrə tədbirlər görməyə vadar edib".
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, rus hərbi ekspert Vladimir Yevseyev bildirib.
Onun sözlərinə görə, hərbi hissələrdə qanunsuz hallar tez-tez baş verir və bunun qarşısının alınması üçün hərbi polisə ehtiyac olduğu ortaya çıxır.
"Hərbi qulluqçular arasında tez-tez baş verən psixoloji sarsıntıları aradan qaldırmaq üçün hərbi polis psixoloji iş aparmaq məqsədilə peşəkar əməkdaşlardan da istifadə edəcək. İkinci məsələ budur ki, bu hərbi polis bölmələrinin səlahiyyətləri məhdud olmaqla, gözətçi intizam xidməti vəzifələrini yerinə yetirəcək", - deyə ekspert bildirib.
Yevseyev əlavə edib ki, bu kimi fəaliyyətlər Rusiya bazası olan hər yerdə həyata keçirilir.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
102-baza
Hərbi-polis