Zakir Həsənov Türkiyənin “Baykar Makina” şirkətində olub - FOTOLAR

2018/03/b5eb39b3e23d938dd5464469a6c64919_6089920956.jpg
Oxunub: 1685     15:09     31 Mart 2018    
Azərbaycanın Müdafiə naziri Türkiyənin PUA istehsal edən “Baykar Makina” şirkətində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Türkiyəyə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov pilotsuz uçuş aparatları istehsal edən “Baykar Makina” şirkətində olub.

Müdafiə naziri müəssisənin rəhbərliyi ilə görüşərək hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edib və şirkət tərəfindən istehsal olunan hərbi təyinatlı döyüş vasitələrinə baxış keçirib.





Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zakir-Həsənov   Türkiyə   Baykar-Makina  


Bizi "telegram"da izləyin