Bu gün Milli Qəhrəman Murad Mirzəyevin doğum günüdür - FOTOLAR

2018/03/1247_3044958620_1522479548.jpg
Oxunub: 6122     14:47     31 Mart 2018    
31 mart Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin şəhid polkovnik-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin mərhum zabiti Murad Mirzəyevin doğum günüdür.Murad Mirzəyev 2016-cı il aprelin 4-də Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Şəhid Murad Mirzəyev 1976-cı ilin 31martında Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. Murad Mirzəyev atasının razılığı ilə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib. 1991-1994-cü illərdə bu hərbi liseydə təhsil alan Murad Mirzəyev daha sonra təhsilini Türkiyədə davam etdirib və 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirib.


O, Azərbaycan ordusunun zabiti kimi ABŞ, Rumıniya və İordaniyada keçirilən hərbi təlimlərdə iştirak edib.

Murad Mirzəyev 2004-cü ildə ailə həyatı qurub. Şəhidin 2009-cu il təvəllüdlü Nurlan və 2011-ci il təvəllüdlü Dəniz adında iki övladı var.


2016-cı ilin mayında Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Telman oğlu Mirzəyev prezident İlham Əliyevin sərəncamı ilə Milli Qəhrəman adına layiq görülüb.

Murad Mirzəyev 2016-cı il aprelin 11-də II Fəxri Xiyabanda dəfn olunub.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Murad-Mirzəyev   Milli-Qəhrəman   Şəhid  


Bizi "telegram"da izləyin