Bu gün 3 ölkənin müdafiə nazirləri görüşəcək

2018/03/1235_1522474729.jpg
Oxunub: 1337     13:31     31 Mart 2018    
Bu gün Türkiyədə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

Ordu.az xəbər verir ki, Giresun şəhərində baş tutacaq görüşdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə müdafiə naziri Nurəddin Canikli və Gürcüstan müdafiə naziri Levan İzoriya iştirak edəcək.

Xatırladaq ki, müdafiə naziri Zakir Həsənov martın 28-də Türkiyəyə səfərə gedib. Səfər çərçivəsində nazir Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, müdafiə naziri Nurəddin Canikli, Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulusi Akar, Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Demirlə görüşlər keçirib. Görüşlərdə ölkələrimiz arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zakir-Həsənov   Nurəddin-Canikli   Levan-İzoriya   Türkiyə  


Bizi "telegram"da izləyin