102-ci bazanın HHM bölmələri təlimlərə başlayır

2018/03/received_2507745952784891_1522416261.jpeg
Oxunub: 1568     23:57     30 Mart 2018    
Rusiya Cənubi Hərbi Dairəsinin Ermənistan ərazisində yerləşən hərbi bazasında hava hücumundan müdafiə bölmələri komanda-qərargah təlimləri çərçivəsində şərti rəqibin aviasiyasını məhv edəcəklər.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, “Kamxud” poliqonunda keçirilən təlimlər çərçivəsində öncə zenit raket diviziyası 30 kilometrlik marş həyata keçirib və ardınca isə bölmələr cavabhehlik zonasındakı atəş mövqeləri tutublar.

Təlimlər çərçivəsində hava hücumundan müdafiə bölmələri kəşfiyyat, axtarış, hava hədəflərinin müşayiəti, şərti hücumların və rəqibin aviasiyasının məhv edilməsi üzrə tapşırıqlar icra edəcək.

Keçirilən təlimlərdə 200-dən çox hərbçi, 50-yə yaxın hərbi texnika iştirak edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: 102-ci-baza   Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin