Raket və artilleriya bölmələrinin təlimləri davam edir - VİDEO+FOTOLAR

2018/03/resizer_1522424658.jpeg
Oxunub: 2875     22:30     30 Mart 2018    
Müdafiə nazirinin təsdiq etdiyi 2018-cı il üçün döyüş hazırlığı planına uyğun olaraq raket və artilleriya birləşmələrinin və bölmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə cəbhə bölgəsindəki bütün ümumqoşun poliqonlarında keçirilən təlimləri davam edir.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, təlimlər zamanı iştirak edən bölmələrin yürüş imkanları, eləcə də onların cəmləşmə rayonlarına çıxarılması, start və atəş mövqelərinin vaxtında və düzgün tutmaları yoxlanılıb.

Bu mərhələdə əsas diqqət qoşunların dayanıqlı, gizlin və operativ idarə olunmasına yönəldilib.











Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Raket   artilleriya   təlim  


Bizi "telegram"da izləyin