Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanda hakim partiyanın deputatı Qalust Sahakyan, Haykaz Bağmanyanın KTMT-nin birləşmiş qərargahı rəisinin müavini təyin olunmasına münasibət bildirərkən deyib.
Bu diqqət çəkən bəyanatı maestronun növbəti dəfə başına iş açma amili kimi qiymətləndirmək olar. Ancaq məsələ başqadır. Bu mövqe Sarkisyan partiyasının mövqeyidir.
Məsələyə, Ermənistanın nüfuzlu "Çorrord İşxanutyun" qəzeti kəskin münasibət bildirib: "Belə çıxır ki, Haykaz Bağmanyanın nöqsanları, erməni əsgərinə işgəncə verməsi, ordunun pullarını oğurlaması, qanunsuz biznes həyata keçirməsi heç kimə ziyan vurmayıb. Ancaq Ermənistan və erməni əsgəri Haykaz Bağmanyan üçün başqası deyil ki, bunlar onun öz bostanı, öz daşıdır. İndi isə qoy biraz da KTMT-də əkin səpin etsin. Nə olub ki?.."
Alpər Mövludoğlu
Ordu.az