Ermənistanda hərbi hissənin binası kilsəyə veriləcək

2018/03/Movses-village-696x452456_1522411833.jpg
Oxunub: 2630     20:01     30 Mart 2018    
Ermənistanda keçmiş hərbi hissənin bina və tikililəri müdafiə nazirliyi tərəfindən erməni kilsəsinə veriləcək.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın Tavuş vilayətindəki Qetahovit kəndində yerləşən keçmiş hərbi hissənin bina və tikililəri tezliklə yeni sahiblərinə, Ermənistan apostol kilsəsinə veriləcək.

Məlumata görə,söhbət 10518.2 kvm sahəsi olan 518 min 221 dram dəyərindəki bina və tikililərdən gedir. Erməni kilsəsi həmin yerdə dini mərkəz və ya kilsə inşa etməyi planlaşdırır. Maraqlıdır ki, yerli hakimiyyət baş verənlərdən məlumatsızdır.

Kənd rəhbəri bildirib ki, bu barədə onların xəbəri yoxdur. O, əlavə edib ki, belə şayiələr eşitsə də, onlara rəsmi sənəd daxil olmayıb. Bu tikililərin kfayət qədər normal vəziyyətdə olduğunu və ərazinin keçmişdə pansionat kimi fəaliyyət göstərdiyini bildirib. Ərazinin sahəsi 4 hektara yaxındır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin