Sumqayıtda minaatan mərmi tapılıb

2018/03/1212_1522411421.jpg
Oxunub: 3823     20:03     30 Mart 2018    
Sumqayıtda zavodda minaatan mərmisi tapılıb.

ANAMA-dan Ordu.az-a verilən məlumata görə, martın 30-da agentliyə Sumqayıt şəhəri ərazisində mərminin tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə Sumqayıt Texnologiyalar Parkının 3-cü Metaləritmə (STP-3) zavodunun ərazisinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd partlamış minaatan mərmisi aşkar olunub və zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sumqayıt   Minaatan-mərmisi  


Bizi "telegram"da izləyin