Azərbaycan Ordusu cəbhədə döyüş atışlı təlimlər keçirir - FOTOLAR+VİDEO
Oxunub: 4426
22:06
29 Mart 2018
Müdafiə nazirinin təsdiq etdiyi 2018-cı il üçün döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələrinin və bölmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə cəbhə bölgəsindəki bütün ümumqoşun poliqonlarında təlimlər keçirilir.
Müdafiə Nazirliyindən Ordu.az-a verilən xəbərə görə, Poliqonların birində keçirilən təlimdə özüyeriyən artilleriya qurğularının tətbiqi ilə praktiki döyüş atışları icra olunur. Atışların dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə artilleriya bölmələri müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən istifadə edirlər.