“Rostex” Ermənistandakı sərgidə 200-dən çox silah nümunəsi təqdim edəcək

2018/03/9280296546_1522315025.jpg
Oxunub: 3450     18:07     29 Mart 2018    
“Rusiyanın “Rostex” dövlət korporasiyasının holdinq və təşkilatları martın 29-dan 31-dək İrəvanda keçirilən “ArmiHiTec 2018” sərgisində 200-dən çox hərbi texnika nümunəsi təqdim edəcək”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə “Rosoboroneksport” şirkətinin Marketin Fəaliyyəti Şöbəsinin rəhbər müavini Vladimir Qonçarov bəyan edib.

“Cari ildə “Rostex” müəssisələri İrəvandakı sərgidə 200-dən çox hərbi təyinatlı nümunə təqdim edəcək. Onların 100 növdən çoxu döyüş sursatları, döyüş maşınları, aviasiya və helikopter texnikaları, rabitə vasitələri, təhlükəsizliyin təmin edilməsi kompleksləri, o cümlədən müasir taktiki qoşunların idarəetməsi sistemləridir”, - deyə Qonçarov bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rostex   Ermənistan   Sərgi  


Bizi "telegram"da izləyin