Qarabağda erməni hərbçilər minaya düşdü: 3 ölü, 2 yaralı

2018/03/23423_1522307626.jpg
Oxunub: 3799     15:11     29 Mart 2018    
İşğal altında olan Qarabağda erməni hərbçilər minaya düşüb.

Ordu.az shamshyan.com saytına istinadən xəbər verir ki, bir necə saat öncə işğal altında olan Qarabağda mina partlayışı baş verib.

Məlumata görə, Ağdərənin yaxınlığında yerləşən neytral zonada "Niva" markalı avtomobil minaya düşüb. Nəticədə 3 nəfər ölüb, 2 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Ermənistanın Qarabağda yerləşən ordu komandanlığının "mətbuat xidməti" açıqlama verərək hadisənin ordu ilə əlaqəsi olmadığını bildirib. Düşmən neytral zonada ölən hərbçiləri ərazilərin minadan təmizlənməsi üzrə əməkdaşlar olaraq təqdim edib.

Qeyd edək ki, Qarabağda qanunsuz minatəmizləmə əməliyyatları neytral zonalarda deyil, daha dərin (Xankəndi, Laçın-red) ərazilərdə aparılır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ölüm   Mina-partlayışı  


Bizi "telegram"da izləyin