Soyqırımla bağlı Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilir

2018/03/78293482498fa31202e31b2d0b13a3b4-1522306381_1522306699.jpg
Oxunub: 4053     14:50     29 Mart 2018    
1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordusu, müxtəlif qoşun növləri, birlik, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrində yerli icra hakimiyyəti orqanları və ictimai qurumların nümayəndələri ilə birgə anım tədbirləri icra olunur.

Hərbi hissələrdə soyqırımı ilə bağlı şəxsi heyətlə ictimai-siyasi hazırlıq dərsləri, “dəyirmi masa”lar, konfranslar, toplantı və xüsusi məşğələlər keçirilir, kitab, foto və rəsm sərgiləri təşkil olunur, sənədli və bədii filmlər nümayiş etdirilir.

Bundan əlavə, şəxsi heyət Quba Soyqırımı Memorial Kompleksini, eləcə də Bakıda və respublikanın digər şəhər və rayonlarında soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələri ziyarət edirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MN   Soyqırım  


Bizi "telegram"da izləyin