Bu barədə
Ordu.az Türkiyə Prezidentinin rəsmi saytına istinadən məlumat verir.
Məlumata əsasən, R.T.Ərdoğan və Z.Həsənovun görüşü bu gün Ankarada Prezident iqamətgahında baş tutacaq.
Qeyd edək ki, ötən gün Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Nurəddin Caniklinin dəvəti ilə Ankaraya rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində Türkiyənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.
General-polkovnik Z.Həsənovun martın 31-də qardaş ölkənin Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirakı planlaşdırılır.
Ordu.az