Ermənistan ordusunda xidmətdən razı qalan gənc tapılmır - SORĞU

2018/03/345345345345345345_1512983025_1521131978_1522241918.jpg
Oxunub: 1539     20:56     28 Mart 2018    
“Brevis” şirkətinin keçirdiyi sosioloji sorğunun nəticlərinin bir qismi belə erməni xalqını dəhşətə gətirib.

Ordu.az xəbər verir ki, bir müddət əvvəl Ermənistanda “Ordu-Xalq” adı altında başlayan fırıldağın tərkib hissəsi olan “Ditaket” (müşahidə məntəqəsi) proqramının tətbiqinə start verilib. Proqrama əsasən erməni ordusunda olan çatışmazlıqların öyrənilməsi, araşdırılması və aradan qaldırılması məqsədilə “Brevis” şirkəti rəy sorğusu keçirib.

Ermənistanın Müdafiə naziri Viqen Sarkisyanın rəhbərliyi ilə ordudan tərxis olunmuşlarla keçirilən görüşdən sonra gənclərlə sorğu-sual aparılıb. Nəticəyə əsasən respondentlər arasında əsasən ali təhsillilər, rifah halı və sosial şəraiti aşağı olan ailələrdən olan gənclər hərbi xidmətə neqativ münasibəti ilə seçilib.

Sorğuda iştirak edənlərin 40 faizi xidmətə getməkdənsə təhsilini davam etdirmyə üstünlük verdiklərini bəyan ediblər. Tərxis olunanların 20 faizə yaxını yeməyin miqdarından və keyfiyyətindən, 40 faizdən çoxu isə hərbi əmlakın keyfiyyətsizliyindən narazı olduqlarını bildirblər.

Xidmətini başa vuranların əksəriyyəti komandir heyətinin davranışı, məzuniyyətlərin bölüşdürülməsində ədalətsizlik, nizamnamədən kənar münasibətlər, rüşvətxorluq, hərbi polisin fəaliyyəti və tibb xidmətinin bərbad təşkilindən narazı qalıblar.

İmkanı olan hər bir Ermənistan vətəndaşı müxtəlif bəhanələrlə hərbi xidmətdən yayınmağa çalışır. Belə gənclərin sayının 70 faiz təşkil etdiyi bildirilir. Statistik məlumatlara əsasən, 2016-cı ildə 209.000 nəfər və 2017-ci ildə isə 230.000 nəfər Ermənistan vətəndaşı təkcə Rusiya Federasiyasına köçüb. Hərbi xidmətə getmək istəməyənlərin içində İrəvan və Loru sakinləri üstünlük təşkil edir.

Sosioloji sorğunun nəticələri ictimailəşdirildikdən sonra ordudakı vəziyyətlə qismən tanış olan erməni xalqı dəhşətə gəlib. Ordudakı vəziyyətdən narahat olan əsgər valideynləri təlaş içindədir. Sorğuda iştirak edənlər arasında Ermənistan ordusundakı hansısa xidmət sahəsindən razı qalan gənc tapılmayıb.

Onu da qeyd edək ki, görüşə dəvət edilərək sorğuda iştirak edən gənclər xüsusi olaraq seçilib və Ermənistan müdafiə nazirliyi maraqlı tərəf olaraq nəticələrin yalnız bir qisminin dərc edilməsinə icazə verib. Sadalananları nəzərə alsaq, işğalçı ölkənin ordusunda vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu təsəvvür etmək çətin deyil.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Brevis   Ermənistan   Hərbi-xdimət   Sorğu  


Bizi "telegram"da izləyin