Düşmən hansı dövlətlərlə hərbi əlaqələrini dərinləşdirir?

2018/03/927887546_1522238288.jpg
Oxunub: 1831     19:56     28 Mart 2018    
"Rusiya və Hindistana əlavə olaraq, Ermənistan daha üç dövlətlə hərbi sənaye sahəsində əməkdaşlığın dərinləşdirilməsinə imkan olduğunu düşünür".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə nazirinin müavini və Dövlət Hərbi Sənaye Komitəsinin sədri Davit Paxçanyan danışıb.

"Bizim əməkdaşlıq etdiyimiz və buna davam edəcəyimiz başqa dövlətlər də var. Xüsusilə bizim Serbiya ilə çox yaxşı əlaqələrimiz var. Bu ölkə hərbi sənayesini olduqca inkişaf etdirib. Eyni zamanda Çin, Polşa və digərləri ilə də işlər görülür", - deyə Paxçanyan qeyd edib.

O bildirib ki, "Silahlı Qüvvələr-7" modernizasiya proqramına görə, Ermənistan silahlanmasında yerli məhsulun nisbətinin 25%-ə çatdırılması gözlənilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Hərbi-əlaqələr  


Bizi "telegram"da izləyin