Sənəddə təxribatçı qurumların yaradılması ilə yanaşı, 2018-2024-cü illərdə Ermənistanın görəcəyi işlər də sadalanır:
- Çağırış və müqaviləli xidmət üzrə silahlı qüvvələri saxlamaq və inkişaf etdirmək yolu ilə müdafiə səviyyəsini təmin etmək;
- Rusiya Federasiyası və KTMT ilə strateji müttəfiq əlaqələrin genişləndirilməsi, milli təhlükəsizlik sisteminin mühüm tərkib hissəsi kimi baxılması və KTMT-nin daha da gücləndirilməsinə yönəlmiş təşəbbüslərdə fəal iştirak etmək;
- Birləşmiş Ştatlar, Çin, Avropa və digər ölkələrlə, eləcə də BMT, ATƏT, NATO və digər beynəlxalq təşkilatlarla təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirmək;
- Tərəfdaş ölkələrlə balanslı tranzit marşrutlarının şaxələndirilməsi və onların düzgün fəaliyyəti istiqaməti də daxil olmaqla yaxşı münasibətlərin inkişafı siyasətini davam etdirmək;
- Türkiyə və Azərbaycanla əlaqələrin olmaması nəzərə alınmaqla, nəqliyyat marşrutlarının blokadasını davam etdirmək;
- Yeni texnologiyalara əsaslanan elmi əsaslı iqtisadiyyat sektorlarını inkişaf etdirmək və müdafiə xərclərini ÜDM-in ən azı 4%-dək təmin etmək.
Alpər Mövludoğlu
Ordu.az