Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, sənəddə döyüş növbətçiliyinin keyfiyyətcə yeni səviyyəyə gətirilməsi və bunun üçün qısa müddətdə müasir görmə sistemi, kəşfiyyat və atəş, mühəndis vasitələri komplektləşdirmək və son məqsəd olaraq birləşdirilmiş bir sistem yaratmaq nəzərdə tutulur.
Proqramda, bu məqsədlə Ermənistan silahlı qüvvələrində geniş döyüş əməliyyatlarının gözlənilməz reallıqlarına tab gətirmək üçün fiziki, zehni, texniki, texnoloji və müharibə aparılmasının yeni üsulları, növləri imkanlarını inkişaf etdirməklə yeni bir sisteminin tətbiq edilməsi nəzərdə tutulur.
Bununla yanaşı, düşmən radio-elektron və hava kəşfiyyatı qabiliyyətlərinin inkişafı, kəşfiyyat məlumatlarının müxtəlif mənbələrdən koordinasiyası yolu ilə yeni bir strateji kəşfiyyat sisteminin yaradılmasını, o cümlədən informasiya resurslarımıza qarşı kiberhücumlara tətbiq edilməsi üçün kiber resursların yaradılmasını nəzərdə tutur.
Təbii ki, qeyd olunan hər bir vasitə və yaxud yenilik Ermənistan silahlı qüvvələrinin hazırkı bərbad vəziyyətini özündə əks etdirir.
Ordu.az