Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, martın 27-də Ermənistan hökümətinin iclasında Ermənistan müdafiə nazirliyi tərəfindən 101 milyon dram dəyərində lazer kristalları çoxaldılması cihazlarının “Lazer Texnikası” şirkətinə verilməsini nəzərdə tutan qanun layihəsi müzakirəyə daxil edilib.
Qeyd edək ki, lazer kristallarının çoxaldılması cihazları olmadan şirkət lazer texnologiyaları istehsal edən və sahib olan müəssisə kimi fəaliyyət göstərə bilməz.
Araşdırmalara görə, erməni şirkətinin fəaliyyətinin əsas sahələri lazer sistemlərinin, lazer kristallarının çoxaldılması, istehsalı, lazer məsafə ölçənlərinin istehsalı və təmirini həyata keçirməkdir.
Layihənin qəbul edilməsi Ermənistan müdafiə nazirliyinin “Lazer texnikası” şirkətinin səhmlərinin 100 % pay sahibi olmaqla, kapitalını artırmaq üçün sərmayə qoyuluşu etməsi ilə əlaqədardır.
Alpər Mövludoğlu
Ordu.az