Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Ermənistan müdafiə nazirinin müavini Davit Paxçanyan deyib.
"Tanklar, HHM sistemləri texnologiya baxımından bizim üçün hələlik mürəkkəb sahələrdir, ancaq modernləşmə istiqamətində işlər görülür", - deyə Paxçanyan bildirib.
Ermənistan müdafiə nazirinin müavini həmçinin qeyd edib ki, Ermənistanın optika, robotlar, pilotsuz uçuş aparatları vasitələri, lazer avadanlıqları istehsalı sahəsində iddiaları var.
Qeyd edək ki, daha öncə 2016-cı ildə hərbi texnikanın daxili satınalmalarının 23 % artdığı bidirilirdi. 2017-ci ildə isə əlavə 20 % artım da gözlənilirdi. Bu barədə yenilənmiş məlumat hələki yoxdur.
Bundan əlavə, Paxçanyan Rusiyadan Ermənistan üçün nəzərdə tutulan 200 milyon dollar kredit çərçivəsində silah və sursatın tədarükünün də tam başa çatdığını bildirib.
Xatırladaq ki, 16 dekabr 2017-ci ildə Ermənistan prezidenti tərəfindən silah alınması üçün əlavə 100 milyon dollar kreditin əldə edilməsinə dair razılaşmanın təsdiq edilməsi barədə qanun layihəsini imzalanıb. Kredit 2018-2022-ci illr ərzində istifadə edilməlidir. Kreditin ödənilməsinə 2018-ci ildə başlanılacaq və illik 3 %-lə 15 il davam edəcək.
Alpər Mövludoğlu
Ordu.az