Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ixtisarlar nəticəsində işdən azad edilən erməni vətəndaşlar, öz hüquqlarını bərpa etmək üçün məhkəmələrə müraciət etməyə balayıblar.
Məlumata görə, 2018-ci il martın 23-də Taquhi Vəkilyan adlı erməni vətəndaşı Lori vilayət məhkəməsinə müraciət edərək, hüquqlarının bərpa olunması məqsədilə Ermənistan müdafiə nazirliyinin hərbi hissə komandiri polkovnik K. Hoğmrtsyanı məhkəməyə verib.
O, hərbi hissə komandirinin işdən azad olunması barədə əmrinin qeyri-qanuni hesab edilərək, onun işə bərpasının təmin edilməsini tələb edib.
Alpər Mövludoğlu
Ordu.az