Zakir Həsənov Türkiyəyə rəsmi səfər edib

2018/03/407395621234_1521275481_1522217488.jpg
Oxunub: 3948     14:08     28 Mart 2018    
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli müdafiə naziri Nurəddin Caniklinin dəvəti ilə martın 28-də Ankaraya rəsmi səfərə yola düşüb.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, səfər çərçivəsində Türkiyənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Z.Həsənovun martın 31-də Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirakı planlaşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MN   Zakir-Həsənov   Türkiyə  


Bizi "telegram"da izləyin