Erməni döyüşçü: "Aprel döyüşlərinin iştirakçılarına təhqiredici imtiyazlar verilib"

2018/03/34534_1522217246.jpg
Oxunub: 3459     14:06     28 Mart 2018    
"Ermənistanda aprel döyüşlərinin iştirakçılarına imtiyazlar çox təhqiredici şəkildə təqdim edilib. Bəzilərinin hərbi biletində müharibə iştirakçısı barədə müvafiq qeydlər aparılmayıb. Təhsil haqqı güzəştləri gənclər fondu vasitəsilə təqdim edilib".

Ordu.az erməni KİV-lərinə istibnadən xəbər verir ki, bu barədə erməni mətbuatına aprel döyüşlərinin iştirakçısı “Dirkapah” ictimai birliyinin təsisçisi Manuel Manukyan bildirib.

O, aprel döyüşlərinin növbəti ildönümü ərəfəsində hər şeyi xatırladığını və nə baş verdiyini indi dərk etdiyini deyib. Onun sözlərinə görə, hazırda erməni cəmiyyəti arasında birlik yox səviyyəsindədir.

"Aprel döyüşləri zamanı xalqın arasında yaranan birlik hal-hazırda yox səviyyəsinə düşüb. Lakin müharibə hər an yenidən başlaya bilər", - deyə o qeyd edib.

O, aprel döyüşlərində iştirak edən hərbi qulluqçuların hərbi biletlərində müvafiq qeydlərin aparılmamasına görə təəssüf etdiyini etiraf edib. Manukyan, Ermənistan hakimiyyətinin aprel döyüşləri iştirakçılarına güzəştləri təhqiredici formada təqdim etməsinə də toxunub: "Ermənistanda aprel döyüşlərinin iştirakçılarına imtiyazlar çox təhqiredici şəkildə təqdim edilib. Bəzilərinin hərbi biletində müharibə iştirakçısı barədə müvafiq qeydlər aparılmayıb. Təhsil haqqı güzəştləri gənclər fondu vasitəsilə təqdim edilib. Hərbi biletlərdə bu barədə müvafiq qeydlərin aparılmaması tarixin saxtalaşdırılması, təhrif edilməsidir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin