Ordu.az Cənub Hərbi Dairəsinə istinadən xəbər verir ki, Gümrüdəki rus hərbi bazasının mühəndis bölmələri “Kamxud” və “Alağöz” təlim mərkəzlərində komanda qərargah təlimlərinin keçirilməsinə dair hazırlıq tədbirlərini yekunlaşdırır.
Məlumata görə, 1 ay ərzində hərbi qulluqçular təlim mərkəzlərində yol hərəkət işarələri olan plakatları, komanda məntəqələrini və mühəndis tikililərini xüsusi texnika cəlb etməklə qayadaya salıblar.
Xüsusi tapşırıqlar yerinə yetirməzdən öncə xüsusi hazırlıqlı itlərdən istifadə etməklə təlim mərkəzlərində partlayıcı vasitələrdən təmizləmə işləri aparılıb.
Rusiya hərbi bazasının yüksək dağ şəraitində yerləşən təlim mərkəzlərinin hazırlanmasına mina axtaran itlərlə yanaşı 100-dən artıq hərbi qulluqçu və 50-dək xüsusi texnika cəlb edilib.
Alpər Mövludoğlu
Ordu.az